İspaniyada futbolçular arasında La Liqa rəhbərliyinə qarşı qəzəb yaranıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb “Villarreal” ilə “Barselona” arasında oyunun İspaniyada yox, ABŞ-də Mayami şəhərində keçirilməsinin planlaşdırılmasıdır. 

İspaniya futbol ictimaiyyəti bu qərara etiraz olaraq həftəsonu matçlarını dayandırmağı da nəzərdən keçirir.

Məlumata görə, hazırda 20 komandanın kapitanları məsələ ilə bağlı razılığa gəlməyə çalışırlar. Əgər razılıq əldə olunsa, bu həftəsonu La Liqa matçlarının startı 20–30 saniyə gecikdiriləcək.