"Barselona" klubunun Antuan Qrizmannın transferi ilə bağlı işində yeni detallar üzə çıxıb.
Offsideplus.az xəbər verir ki, istintaqı aparan hakim bu transfer zamanı iki cinayət tərkibi aşkar edib — vəsaitlərin mənimsənilməsi və sənədlərin saxtalaşdırılması.
Məlumata görə, o vaxtkı “Barselona” rəhbərliyi “Atletiko Madrid”ə 15 milyon avro ödəyib ki, Madrid klubu Qrizmannla hələ müqavilə qüvvədə olarkən aparılan danışıqlara görə verdiyi şikayəti geri çəksin.
Bu ödənişi “qanuni” göstərmək üçün “Barselona” guya bir neçə gənc “Atletiko” futbolçusuna ilk seçim hüququ əldə etdiyini iddia edib.
Daha sonra “Atletiko” İspaniya Futbol Federasiyasına (RFEF) sübut təqdim etməyib və nəticədə şikayət rəsmən dayandırılıb.



