"Barselona" daha bir rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, katalon klubu ötən gün keçirilən "Real Sosyedad"la matçda qol vuraraq ardıcıl 44-cü oyunda fərqlənməyi bacarıb. Onlar klub rekordunu təkrarlayıb.

Əvvəlki rekord 1942-ci ilin noyabrından 1944-cü ilin fevralınadək Xuan Xose Noqesin baş məşqçi olduğu dövrə aid idi. 

Qeyd edək ki, "Barselona" hazırda 19 xalla La Liqada liderdir.