"Barselona" rəhbərliyi Markus Raşford barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, katalonlar ingiltərəli hücumçunu birdəfəlik transfer etmək və komandada saxlamaq istəyir.
Onlar futbolçu üçün 29 milyon avro təklif edib. Lakin "Mançester Yunayted" rəhbərliyi 45 milyon avro tələb edir.
"Qırmızı Şeytanlar"ın rəhbəri Sir Cim Retkliff oyunçunu əsla aşağı qiymətə satmayacaqlarını bildirib.
Hətta, əgər bu transfer baş tutmazsa belə, Raşford özü də "Mançester Yunayted"ə qayıtmaq istəmir.



