"Mançester Yunayted"in futbolçusu Antoni yenidən "Betis"ə qayıdır.
Offsideplus.az xəbər verir ki, braziliyalı vinger bu dəfə birdəfəlik İspaniya klubuna transfer olacaq. "Yaşıllar" ona görə "qırmızı şeytanlar"a 23 milyon avro ödəyəcək. Eyni zamanda oyunçunun növbəti satışının 50 faizi də "mankunianlar"a çatacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Antoni bu ilin yanvarında icarə əsasında "Betis"ə qoşulmuşdu. O, burada 26 oyunda 9 qol vurmağı bacarıb.



