Bilbao "Atletik"i Niko Uilyamsla müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçunun sözləşməsi 2035-ci ilin yayına qədər artırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niko ilə "Barselona" yaxından maraqlanırdı. Lakin katalon klubu onu qeydiyyatdan keçirə bilməyəcəyi üçün bu keçid baş tutmayıb.
Gənc futbolçu 11 yaşından bəri "Atletik"də çıxış edir. O, əsas komandada 167 oyuna çıxıb və 31 qol vurub.