"Barselona" klubu Niko Vilyams ilə ilkin razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, katalon klubu onunla 6 illik müqavilə imzalamağı planlaşdırır. Gənc vingerə ilinə 12 milyon avro maaş təklif edilib.

Bu barədə İspaniya mətbautı məlumat yayıb.

"Atletik" yetirməsi olan Niko uzun illərdir Bilbao klubunda çıxış edir. O, son mövsüm 45 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

22 yaşlı futbolçu ötən yay Avropa çempionu İspaniya milli komandasının əsas üzvlərindən biri idi.