"Real Madrid" qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, belçikalı çərçivə qoruyucusunun hazırki sözləşməsi gələn ilin yayında başa çatır. "Kral klubu" onun çıxışından razıdır və tərəflər arasında sözləşmə uzatma danışıqları gələn ay baş tutacaq. Madrid təmsilçisi bu işi yayda bitirmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kurtua 2018-ci ilin yayından "Real Madrid"də çıxış edir. O, "kral klubu"nda ümumilikdə 282 oyuna çıxıb.