"Barselona" qapıçısı Mark-Andre ter Ştegenlə olan müqaviləni erkən pozmaq istəyir.
Offsideplus.az xəbər verir ki, almaniyalı çərçivə qoruyucusunun sözləşməsi 2028-ci ildə başa çatır. Katalon klubu ona növbəti mövsümkü məvacibini təklif edib, təcrübəli qapıçı ilə vidalaşmağı düşünür.
Bu barədə "SPORT" nəşri məlumat yayıb.
Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. O, komandanın hazırda əsas kapitanıdır.