Andrey Lunin "Real Madrid"ə komandada qalmaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, ukraynalı qapıçı rəqabətdən çəkinmir.

Bu barədə "MARCA" nəşri məlumat yayıb.

Lunin 2018-ci ildən "Real Madrid"in futbolçusudur. O, başa çatan mövsümdə 14 oyunda meydanda olub və bu görüşlərin 6-da qol buraxmayıb.

26 yaşlı qapıçının "kral klubu" ilə daha 5 illik müqaviləsi var.