“Barselona”nın hücumçusu Robert Levandovski Madrid “Real”ının gələcəkdə daha güclü olacağını düşünür.
Offsideplus.az xəbər verir ki, polşalı forvard bu fikrini “Real”ın baş məşqçisi Xabi Alonsonun liderlik keyfiyyətləri ilə əsaslandırıb.
“Xabi məşqçilik karyerasının başlanğıcındadır. Düşünürəm ki, o, “Real”a yeni nəfəs gətirəcək, komandaya təzə qan olacaq. Mən həmişə bilirdim ki, o, bir gün məşqçi olacaq. İndi isə əminəm ki, onunla birlikdə “Real” yenidən təhlükəli rəqibə çevriləcək”, – deyə Levandovski açıqlamasında bildirib.
Qeyd edək ki, Xabi Alonsonun son iş yeri Almaniyanın “Bayer” klubu olub. Onun rəhbərliyi altında Leverkuzen təmsilçisi Bundesliqada tarixində ilk dəfə çempionluq qazanıb, həmçinin Almaniya Kuboku və Superkubokunu da əldə edib.