“Real Madrid" yay transfer pəncərəsində Londonun “Arsenal” klubunun əsas hədəflərindən birini heyətinə qatmağa çalışır.
Offsideplus.az "COPE" nəşrinə istinadən xəbər verir ki, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso bu transferin gerçəkləşməsi üçün israrlıdır.
Söhbət “Real Sosyedad”ın dayaq yarımmüdafiəçisi Zubimendidən gedir. Madrid təmsilçisi Luka Modriçin ayrılacağının rəsmi təsdiqindən sonra, onun yerini doldura biləcək səviyyədə oyunçu axtarışına çıxıb.
Bir müddət əvvəl tanınmış insayder Fabritsio Romano “Arsenal”ın sözügedən futbolçunun transferi üçün 60 milyon avroluq sərbəstqalma məbləği üzərində razılığa gəldiyini bildirmişdi. Lakin “Real”ın bu prosesə müdaxiləsi bütün planları poza bilər.
Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm 48 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı ulduz oyunçunun bazar dəyərini 60 milyon avro olaraq göstərir.