"Real Madrid" klubunda Fede Valverde bir həftəlik sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, bu gün keçirilən tibbi müayinədən sonra futbolçuya işialgiya (beldə ağrı, ağrının budun arxa hissəsi ilə baldıra və pəncəyə ötürülməsi, ətrafda keyimə və zəiflik hissi) diaqnozu qoyulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçi iyun ayının əvvəlinə qədər yaşıl meydanlara qayıdacaq. Onun klublararası dünya çempionatını buraxmaq təhlükəsi yoxdur.