"Fənərbağça" klubu Milan Şkrinyar transferindən geri addım ata bilər.

Offsideplus.az xəbər verir ki, slovakiyalı müdafiəçi illik 12 milyon avro məvacib tələb edir. Bu məbləği İstanbul təmsilçisinin rəhbərliyi ödəməyi düşünmür. Onlar bu məbləği hücum xəttinə ayırmağı düşünür.

Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Şkrinyar maaş tələbində endirimə getməzsə, "sarı-lacıvərdlilər" transferdən imtina edəcək.

O, bu ilin yanvarında icarə əsasında PSJ-dən "Fənərbağça"ya qoşulub. Slovakiyalı Türkiyə klubunda 20 oyunda 4 qol vurmağı bacarıb.