"Atletiko"nun futbolçusu Anxel Korrea karyerasını Meksikada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu cari mövsümün sonunda "Tiqres"ə qoşulacaq. Meksika klubu onun üçün 6 milyon avro ödəyəcək.

Korrea 2015-ci ildən "Atletiko"da çıxış edirdi. O, Madrid klubunda ümumilikdə 463 oyunda 87 qol vurub və 65 məhsuldar ötürmə edib.