Yayda Karlo Ançelottinin "Real Madrid"dən ayrılacağı və onun yerinə Xabi Alonsonun gətiriləcəyi gözlənilir.

Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis Madrid klubuna rəhbərlik edəcəyi halda 3-4-3 taktiki sxeminə üstünlük verəcək. Alonso bu sistemdə müdafiənin mərkəzində üç oyunçu ilə oynamağı planlaşdırır. Klub rəhbərliyi də artıq bu plana uyğun olaraq yeni mərkəz müdafiəçisi axtarışındadır.

Alonsonun oyun fəlsəfəsində əsas hədəf yüksək təzyiqli futbol, sakit və nəzarətli oyun, eləcə də təkbətək mübarizələrdə üstünlük təşkil edir. Yeni sxemdə meydanın mərkəzində iki dayaq yarımmüdafiəçisi yer alacaq, cinahlarda isə hücuma fəal qoşulan laterallar çıxış edəcək.

Xabi Alonso artıq indidən "Real Madrid" üçün taktiki planlamalara başlayıb və əgər müqavilə rəsmiləşərsə, komandanın oyun üslubunda ciddi dəyişikliklər olacaq.