"Barselona" klubunun hədəfində Markus Reşford var.

Offsideplus.az xəbər verir ki, "blauqrana"nın baş məşqçisi Hansi Flik ingilis futbolçunun çıxışını bəyənir və onu komandasında görmək istəyir.

Bu barədə katalon klubuna yaxın jurnalist Fernando Polo məlumat yayıb.

"Barselona" daha öncə də onunla maraqlansa da, bu keçid baş tutmamışdı.

Reşford hazırda icarə əsasında "Aston Villa"da çıxış edir. O, müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur. 27 yaşlı hücumçunun yayda "qırmızı şeytanlar"ı birdəfəlik tərk ehtimalı yüksəkdir.