"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen uzunmüddətli zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı çərçivə qoruyucusunun qayıdışı Voytsex Şensnınin üzərində təzyiq yaradıb. Bu barədə "Sport" nəşri məlumat yayıb.
Bu təzyiq son oyunlarında özünü büruzə verir. Polşalı qapıçı son 5 görüşdə qapısında 11 qol görüb.
Qarşıdakı oyunlarda qapıda kimin olacağına baş məşqçi Hans-Diter Flik qərar verəcək.
Xatırladaq ki, Ter Ştegen hazırki "Barselona"nın heyətində ən uzun müddətdər çıxış edən futbolçudur. Almaniyalı 2014-cü ildən klubdadır. O, eyni zamanda komandanın kapitanıdır.