"Real" klubu üçün bu mövsümü uğurlu saymaq olmaz.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi növbəti mövsüm üçün çalışmalara başlayıb. İlk olaraq komandadan baş məşqçi Karlo Ançelottinin ayrılacağı gözlənilir.

"Kral klubu" Brahim Diasın da performansından məmnun deyil. Onun bu yay satılmaq ehtimalı yüksəkdir.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Dias cari mövsüm 48 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

25 yaşlı futbolçunun "transfermarkt" saytına görə bazar dəyəri 45 milyon avrodur.