Niko Uilyams bu yay "Atletik"dən ayrılmaya bilər.

Offsideplus.az xəbər verir ki, bask klubu növbəti mövsüm Çempionlar Liqasında iştirak edərsə, 22 yaşlı vinger komandadan ayrılmayacaq.

Əlavə edəki ki, İspaniyanı gələn il ÇL-da 5 komanda təmsil edəcək. "Atletik" hazırda 57 xalla La Liqada 4-cü yerdədir.

Nikonun "Atletik" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. O, cari mövsümdə 42 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.