"Barselona"nın baş məşqçisi Hansi Flik müdafiənin sağındakı alternativləri çoxaltmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, katalon klubu buna görə də "Fiorentina"nın futbolçusu Dodonu heyətinə qatmaq istəyir. Bir nömrəli hədəf braziliyalı müdafiəçidir.
Əgər bu keçid uğursuz alınsa, "blauqrana" onun alternativi olaraq Andrey Ratsiunu seçib.
Klubun idman direktoru Deku hazırda hər iki oyunçu və klubu ilə danışıqları davam etdirir.
Dodo 2022-ci ildən "Fiorentina"da çıxış edir. O, Donetsk "Şaxtyor"undan "bənövşəyilər"ə transfer olub.
26 yaşlı cinah müdafiəçisi cari mövsümdə 41 oyunda 5 məhsuldar ötürmə edib.



