"Barselona"nın hücumçusu Robert Levandovskinin mövsümün sonunda klubunda qazana biləcəyi pul mükafatlarının məbləği açıqlanıb.
Offsideplus.az xəbər verir ki, polşalı hücumçu Kataloniya təmsilçisinin heyətində La Liqanın qalibi olarsa, ona 600 min avro bonus veriləcək.
Ölkə çempionluğu və kubok yarışlarında qələbə futbolçuya 800 min avro qazandıra bilər.
UEFA Çempionlar Liqasında baş mükafata sahib çıxacağı təqdirdə, Levandovskiyə əlavə 1 milyon avro təqdim olunacaq.
"Barselona" cari mövsümü het-triklə başa vura bilər. Hans Flikin yetirmələri həm ölkə çempionu, həm İspaniya kuboku, həm də Çempionlar Liqasının qalib ola bilər. "Treble" olacağı halda, Levandovski klubdan 2 milyon avro mükafat alacaq.