Madird "Real"ının baş məşqçisi Karlo Ançelotti məhkəmə qarşısında dayanacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb italiyalı çalışdırıcının vergidən yayınmasıdır. 

İttihama görə, Ançelotti 2014-15-ci illərdə "kral klubu"nda çalışarkən,yalnız öz maaşından vergi tutulmasını təmin edib. Ona verilən müxtəlif uğurların müqabilində verilən əlavə pul mükafatlar barədə məlumatlar isə vergi orqanlarından gizlədliib. 

Məşqçinin ümumi borcunun məbləği 1 milyon 62 min avroya bərabərdir. İspaniya qanunvericiliyinə əsasən, Ançelotti 4 il 9 ay həbs cəzasına məhkum edilə bilər.

Məhkəmə aprelin 2-də baş tutacaq.