"Real" yayda David Alabanı satmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "kral klubu" təcrübəli müdafiəçinin dəyərini də bəlirləyib. Ona 5 milyon avroluq təklif gəlsə, avstriyalı futbolçu komandadan ayrılacaq.

Alaba 2021-ci ilin yayında azad agent kimi "Real"a qoşulub. Uzunmüddətli zədədən yeni qayıdan 32 yaşlı müdafiəçi bu mövsüm cəmi 9 oyunda meydanda olub.