"Real Madrid" Cud Belinqemlə yeni müqavilə üçün danışıqlara başlamaq istəyir.

Offsideplus.az xəbər verir ki, "Real Madrid" rəhbərliyi ingilis yarımmüdafiəçi Cud Belinqemlə yeni müqavilə imzalamaq və onun maaşını artırmaq üçün danışıqlara başlamaq qərarına gəlib. Klub, komandanın əsas ulduzlarından biri olan futbolçunun uzun müddət Madrid təmsilçisinin heyətində qalmasını təmin etmək istəyir.

Xatırladaq ki, Belinqem 2023-cü ilin yayında Borussia Dortmund-dan 103 milyon avroya transfer olunmuş və 6 illik müqaviləyə imza atmışdı. O, "Real Madrid"də keçirdiyi ilk mövsümdə 42 oyunda 23 qol vurub və 13 məhsuldar ötürmə edib.