İspaniya La Liqasının 26-cı turu çərçivəsində baş tutan qarşılaşmada "Betis" azarkeşləri "Real Madrid"in cinah oyunçusu Vinisius Juniorun ünvanına təhqirlər səsləndiriblər.
Offsideplus.az xəbər verir ki, ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan matçda braziliyalı futbolçunun müntəzəm olaraq komandalarının oyunçuları ilə qarşıdurmalara girməsi "Real Betis" azarkeşlərinin xoşuna gəlməyib. Həmçinin, Madrid təmsilçisi qol vurduqdan sonra Vinisius oyunun hesabını göstərmək üçün tribunalara işarə edib. Hücumçunun bu hərəkətindən sonra azarkeşlər qonaqların 7 nömrəsini "axmaq" adlandırıblar.
Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 35 matçda iştirak edib, 17 qol vurub, 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.