"Barselona"nın prezidenti Joan Laporta növbəti dəfə Azərbaycana səfər edəcək. 

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, səfər Asiya üzrə "Barselona" akademiyalarının yaradılması və maliyyə mənbələri axtarışı çərçivəsində baş tutacaq. Laporta klubun direktorları Joan Soler və Xavyer Puiqin müşayiəti ilə bu gün Bakıya gələcək. Kataloniya təmsilçisinin prezidenti burada iş adamı Adnan Əhmədzadə ilə görüşəcək. Dostluq münasibətləri olan A.Əhmədzadə və J.Laporta daha əvvəllər də görüşmüş, azərbaycanlı biznesmen "Barselona"nın 125-ci yubileyinin Qala Gecəsində VIP qonaq qismində iştirak etmişdi.

Qeyd edək ki, bu, J.Laportanın Azərbaycana ilk gəlişi deyil. Funksioner COP29 çərçivəsində noyabr ayında Bakıya səfər etmişdi.