"Real" rəhbərliyi mənə məbləğsiz pul çeki göndərmişdi. Onlar mənə dedilər ki, nə qədər məbləğ istəyirsənsə, bizdən ala bilərsən".
Offsideplus.az xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu Neymar deyib.
Hazırda Braziliya yığmasının və "Santos"un şərəfini oruyan 33 yaşlı hücumçu Madrid "Real"ına transfer olmamasının səbəblərini açıqlayıb: ""Mən bütün qəlbimlə "Barselona"da oynamaq istəyirdim. "Real"ın prezidenti Florentino Peres məni sevirdi. Bu kluba keçsəydim, "Barselona"dakından 3 dəfə çox qazanardım. Lakin mən Kataloniyada Messi ilə birgə forma geyinmək istəyirdim".
İstedadlı hücumçu 2012-ci ildə başına gələn hadisədən də danışıb: "Mən Puşkaş mükafatıın təqdimat mərasimi üçün İsveçrəyə getmşdim. Gecə saat 2-də atam zəng vurub, yanıma gələcəyini dedi. O, Xosep Qvardiola ilə birgə gəldi. Mən hətta alt paltarında idim, dərhal şalvarımı geyindim. Qvardiola mənə dedi ki, səni yaxınlarda müqavilə bağlayacağım "Bavariya"ya aparmaq istəyirəm. Əgər orda mövsüm ərzində 60 qol vurmasam, komandadan gedəcəyini söylədi. O dedi ki, bilirəm, Münhen Barselona və Madridlə müqayisədə soyuq şəhərdir, ancaq mən sənin qeydinə qalacağam".
Qeyd edək ki, Neymar 2013-cü ildə 88 milyon avro müqabilində "Santos"dan "Barselona"ya transfer olunub.