"Real Madrid" Vinisiusu 200 milyon funt-sterlinqə Səudiyyə Ərəbistanı Liqasına satmağa razılaşa bilər.
Offsideplus.az xəbər verir ki, İspaniya təmsilçisi braziliyalı üçün 200 milyon funt-sterlinqlik təklifi qəbul etməyə hazırdır. 24 yaşlı hücumçu müqaviləsinin sona çatmasına iki il qalmış, bu transferlə ən bahalı futbolçu olmaq şansı əldə edəcək.
Vinisius bu yay Səudiyyə Ərəbistanından transfer təklifi alarsa, son qərarı vermək hüququna malik olacaq. Onun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən maliyyələşdirilən klublardan birinə transferi mümkündür. Bu keçid gərçəkləşərsə, ən bahalı transferlərdən biri olaraq tarixə keçəcək..
"Real Madrid" Vinisiusu itirmək istəməsə də, müqaviləsinin qalan müddətinin az olması və dəyərinin zamanla azalması səbəbindən bu təklifi qəbul etməyə hazır görünür. Hər hansı bir razılaşma əldə olunarsa transfer yalnız futbolçunun qərarından sonra gerçəkləşəcək.