Türkiyə milli komandasının və Madrid "Real"nın futbolçusu Arda Güler daha bir nəhəng klubun diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçini "Bavariya" heyətinə qatmaq istəyir.

Arda Gülər variantının yaranması Leverkuzen "Bayer"indən Florian Virtslə anlaşmaq cəhdlərinin uğursuz nəticələnməsindən sonra yaranıb. "Bavariya"nın baş məşqçisi Vinsent Kompani 4-2-3-1 taktiki sxemində türk futboolçunu "10 nömrə" mövqeyində oynatmaq niyyətindədir. 

Hələlik "Real" rəsmilərinin təklifə hansı reaksiya verdikləri məlum deyil. Arda özü "kral klubu"ndakı durumundan heç də razı deyil. O, cari mövsüm bütün yarışlarda 27 dəfə forma geyinib. Lakin adətən meydançaya ehtiyat oyunçular skamyasından çıxdığına görə bu matçlarda cəmi 967 dəqiqə çıxış edib. Bu səbəbdən Avropanın adlı-sanlı klubları istedadlı yarımmüdafiəçini "Real"dan "oğurlamaq" istəyirlər.