Kristiano Ronaldo İspaniya La Liqasında klub almağa yaxındır.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz yaxın dostu Piter Limin sahibi olduğu "Valensiya"ya investisiya yatırmaq istəyir. O, bunun üçün Səudiyyə Ərəbistanı Kral ailəsi ilə əməkdaşlıq edəcək.
Ronaldo "Valensiya"nı satın almaq üçün partnyor tapıb. Şahzadə Məhəmməd ibn Salman 40 yaşlı futbolçu ilə birlikdə İspaniya klubunun yeni sahibləri olacaq. Ronaldo yaxın günlərdə klubu satın almağı ilə bağlı son detalları təqdim edəcək.