İspaniya La Liqasının XXIV turu çərçivəsində "Barselona" "Rayo Vallekano"nu qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 28-ci dəqiqədə vurulub. Robert Levandovski penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, bu qələbədən sonra "Barsa" liderliyi ələ alıb. Kataloniyalılar eyni xal topladıqları "Real Madrid"i digər göstəricilərdə geridə qoyub.