Kilian Mbappe cari il artan dinamikası ilə diqqətləri üzərinə çəkməkdə davam edir.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu 2025-ci ildə rəqib qapılarına 11 qol vurub. Bu isə onun La Liqaya gəldikdən sonra vurduğu qolların böyük bir hissəsini təşkil edir (17 qol).

Mbappe ötən ilin dekabr ayında müsahibə zamanı özünü sübut edəcəyini bildirmişdi:

"Onlara dəyərimi göstərəcəyəm. "Real Madrid" məni transfer etdiyi üçün peşman olmayacaq".

Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü ilin iyul ayından etibarən "Real"ın formasını geyinir.