"Rayo Valyekano"nun futbolçusu Xames Rodriges karyerasını ABŞ-da davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Goal" yayıb.

Mənbəyə görə, kolumbiyalı oyunçu MLS təmsilçisi "İnter Mayami"nin diqqət mərkəzindədir. Təcrübəli yarımmüdafiəçinin yanvarda klubla rəsmi müqavilə imzalayacağı gözlənilir. 

Qeyd edək sözügedən yarımmüdafiəçinin İspaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.