"Barselona"nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 15-ci turunda "Las Palmas"a gözlənilməz ev məğlubiyyətini (1:2) dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:

"Biz çox da yaxşı çıxış etmədik, amma komanda sona qədər yaxşı nəticə əldə etməyə çalışdı. Bu gün o gün deyildi və biz ikinci hissədə yaratdığımız fürsətlərdən səmərəli istifadə edə bilmədik. Oyuna nəzarət etdikdə və yaxşı çıxış etdikdə, yaxşı oynamağı və fürsətlər yaratmağı bacarırıq. Fəsadımız ondadır ki, bunu etmədikdə, əvvəllər vurduğumuz qolları vurmuruq. Bizə dəyişmək, daha yaxşı və daha məntiqli müdafiə olunmaq gərəkdir. Həmçinin qapımızı "qıfıllı" saxlamaq da çətindir. Bu, bütün komandanın işidir".