"Real"ın gələn mövsüm yeni baş məşqçisi Joze Mourinyo ola bilər. 

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis gələn yay komandanı çalışdıracaq əsas namizədlərdən biridir. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

"Kral klubu"nun baş məşqçi vəzifəsinə namizədlər arasında "Bayer"in çalışdırıcısı Xabi Alonso da var.

Qeyd edək ki, Karlo Ançelottinin "Real"la sözləşməsi cari mövsümün sonunda başa çatır.