Madrid "Real"ı heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "kral klubu", "Mançester Siti"nin mərkəz hücumçusu Julian Alvarezə "elçi düşüb".

Məlumata görə, paytaxt təmsilçisi 23 yaşlı argentinalı forvardı yayda sıralarına cəlb etmək istəyir.

Qeyd edək ki, Alvarez Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyununda "Real"ın qapısına vurulan sonuncu - dördüncü qolun müəllifi olub.