La Liqa klubu "Getafe" yeni transferləri Enes Ünal və Xose Kamilo Hernandezi mediaya təqdim edib.
Offsideplus.az xəbər verir ki, oyunçuların təqdimatı pandemiya səbəbindən onlayn olaraq klubun sosial şəbəkə hesabında yayımlanıb. 2017-ci ildə "Vilyareal"a transfer olan Enes "Levante" və "Real Valladolid" komandalarına icarəyə verilmişdi. Oyunçunun "Getafe" klubu ilə müqaviləsi 5 il müddətindədir.
"Getafe"yə gəlməsinin fərqli səbəbləri olduğunu deyən Enes "Mənə çox güvənən bir komandadayam. Bu çox önəmlidir. Burdakı ailə ortamı, səviyyəli oyunçular və heyətimiz çox önəmlidir", - deyə Enes qeyd edib.
"La Liqada artıq daha təcrübəliyəm. Hədəfim hər gün özümü daha da inkişaf etdirmək və komandaya yararlı olmaqdır".



