“Barselona” futbolçusu Xordi Albanın müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

2012-ci ildə “Valensiya”dan transfer edilən Albanın Kataloniya təmsilçisiylə hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.

İspaniyalı müdafiəçi cari mövsümdə 29 qarşılaşmada iştirak edərək, 2 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Alba 67 dəfə də İspaniya millisinin uğurları üçün çalışıb.