İspaniya La Liqasında "El Klasiko" baş tutub.
Offsideplus.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən oyunda "Barselona" "Real Madrid"i qəbul edib. Oyunun 9-cu dəqiqəsində Markus Reşford cərimə zərbəsindən baxımlı qola imza atıb. İkinci qolun müəllifi isə Ferran Torres olub.
Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və "Barselona" mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qolların videosunu təqdim edirik:


