İspaniya La Liqa mövsümünün 26-cı turunda “Barselona” öz meydanında “Vilyarreal”ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, “Barselona”nın hücumçusu Lamin Yamal matçın 28-ci dəqisində hesabı açıb. 37-ci dəqiqədə dubla imza atan gənc futbolçu fərqi iki topa çatdırıb. “Vilyarreal”ın yarımmüdafiəçisi Pap Geye ikinci hissənin əvvəlində komandasının olk qolunu vurub. Yamal 69-cu dəqiqədə het-trik edib. 90+1-ci dəqiqədə fərqlənən Robert Levandovski yekun hesabı müəyyənləşdirib: 4:1

Qələbədən sonra xallarını 64-ə çatdıran "Barselona" turnir cədvəlinə liderlik edir. 51 xalı olan "Vilyarreal" isə üçüncü pillədə qərarlaşıb.