"Barselona" prezident seçkilərində favorit bəlli olub.

Offsideplus.az xəbər verir ki, Xoan Laporta hazırda “Barselona” prezident seçkilərinin favoriti hesab olunur.

300 klub üzvü arasında aparılan sorğuda keçmiş prezident 58,66% dəstək toplayaraq rəqiblərindən əhəmiyyətli üstünlük qazanıb.

Rəqiblərin dəstəyi isə belədir:

  • Font – 20,33%

  • Ciria – 7,33%

  • Vilaxoana – 1,33%

  • Qərarsızlar – 12,33%

Laporta hazırda rəqiblərinə nisbətən açıq üstünlük sahibidir və seçkilərdə qalib gəlmək üçün favori olaraq qalır.