Ulduz futbolçu "Barselona"ya keçmədiyi üçün peşman olub.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu Niko Uilyams ötən yay “Barselona”ya transfer olmamasına peşmanlıq keçirir və bu yay “Atletik Bilbao”dan ayrılmağı planlaşdırır.
Bildirilir ki, cinah oyunçusu karyerasında növbəti addımı atmaq və daha böyük ambisiyalara malik bir kluba keçmək istəyir.
Onun vəziyyəti artıq bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb və yay transfer pəncərəsində ciddi maraq gözlənilir.



