“Barselona”nın baş məşqçisi Hansi Flikin Ronald Arauxo ilə bağlı planı bəlli olub.
Offsideplus.az xəbər verir ki, mütəxəssis uruqvaylı müdafiəçini tədricən komandaya qaytarmaq və onu bu mövsüm qarşılaşacaqları ən güclü və fiziki komandalarla oyunlara start heyətində hazır vəziyyətə gətirmək niyyətindədir.
Məlumata görə, Flik Arauxonun yükünü mərhələli şəkildə artıraraq onu əsas matçlara tam hazır vəziyyətə gətirməyi planlaşdırır.
Qeyd edək ki, Arauxo “Barselona”nın müdafiə xəttində əsas fiqurlardan biri hesab olunur.



