"Real Madrid"in ulduzu "Barselona"nın ulduzuna dəstək olub.

Offsideplus.az xəbər verir ki, “Real Madrid”in ulduz futbolçusu Vinisius Junior “Barselona”nın müdafiəçisi Ronald Arauxonun futbol karyerasına psixoloji səbəblərdən fasilə vermək qərarını öyrəndikdən sonra onunla əlaqə saxlayıb.

Braziliyalı hücumçu uruqvaylı futbolçuya tam dəstəyini və motivasiyasını bildirib. Vinisius Arauxonun bu çətin dövrdən çıxması üçün yanında olduğunu və onu ruhlandırmaq istədiyini vurğulayıb.

Arauxonun mental sağlamlıqla bağlı fasilə götürməsi futbol dünyasında geniş müzakirələrə səbəb olub və bir çox futbolçu və azarkeş tərəfindən anlayışla qarşılanıb.