“Barselona”nın baş məşqçisi Hansi Flik mövsüm sonunda klubdan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, klub prezidenti Xoan Laporta seçkilərdə qalib gəlmədiyi təqdirdə Flik mövsümün sonunda vəzifəsindən istefa verəcək.
Bildirilir ki, alman mütəxəssisin klubdakı gələcəyi birbaşa klub rəhbərliyindəki siyasi vəziyyətdən asılıdır və o, Laportanın prezident postunu itirməsi halında komandadan ayrılmağı planlaşdırır.


