“La Masia”nın parlayan istedadı Dro bu ay “Barselona”nı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, bir neçə Almaniya və İngiltərə klubu 18 yaşlı futbolçunun müqaviləsində yer alan 6 milyon avroluq sərbəst qalma maddəsini işə salmağa hazırdır.
Qərar oyunçunun özü və agenti tərəfindən verilib. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.


