“Jirona” klubu qapıçı Mark-Andre ter Ştegeni icarə əsasında heyətinə qatmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, almaniyalı qapıçı transferlə bağlı “Jirona”ya razılıq verib.
Məlumata görə, futbolçu ilə tam razılaşma əldə olunub. Hazırda klublar arasında icarə müqaviləsinin detalları müzakirə olunur.
“Jirona” rəhbərliyi transferi gələn həftə ərzində yekunlaşdırmağa ümid edir.


