"Barselona"nın ulduzu Lamin Yamalın yaxın çevrəsi futbolçunun gələcəyi ilə bağlı mühüm qərar verdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, gənc istedad onu dəyərləndirən və inkişafına töhfə verən insanlarla əhatə olunmağa üstünlük verir, diqqət yayındıran amillərdən isə uzaq durmaq niyyətindədir.
Məlumata görə, Yamal sosial şəbəkələrdə aktivliyini azaltmaq və əsas diqqətini meydanda istedadını göstərməyə yönəltmək istəyir. Futbolçu heç bir qalmaqal və ya mübahisəyə qarışmaq niyyətində deyil.
Yamal hesab edir ki, belə hallar məhz rəqiblərinin görmək istədiyi məqamlardır və o, bu cür diqqət yayındıran situasiyalardan uzaq qalaraq yalnız futboluna köklənməyi planlaşdırır.


