Yürgen Klopp yayda “Real Madrid”in yeni baş məşqçi təyinatı ilə bağlı qərar verməsi halında əsas namizədlərdən biri hesab olunur.
Offsideplus.az xəbər verir ki, bu barədə ilk dəfə 11 dekabr tarixində məlumat yayılmış və xəbər yenidən təsdiqlənmişdi.
Məlumata görə, Kloppun “Red Bull” ilə uzunmüddətli müqaviləsi və bu layihə ilə güclü bağlılığı olsa da, “Real Madrid” alman mütəxəssis üçün böyük cəlbediciliyə malikdir. Bildirilir ki, əgər Madrid klubu rəsmi və ciddi addım atarsa, Yurgen Klopp bu təklifi ciddi şəkildə dəyərləndirəcək.
Hazırda məsələ ilə bağlı yekun qərar yoxdur və vəziyyətin yay aylarında aydınlaşacağı gözlənilir.



